Narkodam adası () — Andaman dənizində yerləşən ada.

Sahəsi 9 km²-dir. Adanın diametri 3 km X 4 km. Maksimal hündürlüyü 710 metrdir. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. 1986-cı ilə qədər adaya Birma iddia edirdiCharney, Jonathan I. & Alexander, Lewis M.; International maritime boundaries, Volumes 2–3; American Society of International Law, Report 6–3, pg. 1329–1336; Martinus Nijhoff Publishers, 1998.

Narkodam adası Şimali Andamandan 120 km şərqdə yerləşir. Narkodam adası öz növbəsində bir sönmüş vulkandır. 2004-cü il Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra 2005-ci ildə kiçik aktivlik müşahidə edilmişdir. Vulkanın kökü 1700 m dərinliyə gedir. Ondan 150 km cənubda Barren adası yerləşir.

Adanın endemik canlısı Narkodam kərgədanquşudur.

İstinadlar

Mənbə Volcano Live — John Seach

Kateqoriya:Hindistan adaları Kateqoriya:Hind okeanının adaları Kateqoriya:Hindistandakı vulkanları Kateqoriya:Stratovulkanlar Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Andaman və Nikobar adaları