Mehtab Qadınəfəndi () — 31. Osmanlı sultanı Əbdülməcidin onuncu xanımı.

Həyatı Mehtab xanım 1830-cu ildə Mahaçqalada dünyaya gəlmişdir. Əsl adı Nuriyə, atası Hişam bəy, anası isə Məlikə xanım idi. Erkən yaşlarında ailəsiylə birlikdə Rusiya imperiyasını tərk edib İstanbula gəlmiş, Osmanlı sarayına təslim edilmişdir. Osmanlı sarayına alınan çeçen əsilli nadir qadınlardan biridir.

Sultan Əbdülməcidin hərəmxanasında xəzinədar olan Şevknihan xanım onun bibisi idi. Bu səbəblə sarayda mükəmməl təhsil almışdı. Nəhayət, 1845-ci ildə Sultan Əbdülməcidlə evləndirildi. Nigahdan 3 il sonra ilk övladı olan Sabiha Sultanı dünyaya gətirdi. Ardından Əhməd Nurəddin Əfəndi dünyaya gəldi. Oğlunun doğumundan sonra Beşinci Qadınəfəndi elan edilmişdir.Açba, Harun. Kadın efendiler: 1839-1924 . — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1 Oğlu Əhməd Nurəddin Əfəndi 33 yaşında vərəmdən vəfat etmişdi.

Şimali Qafqazda davam edən Şeyx Şamil hərəkatının ən güclü dəstəkçilərindən biri idi. Hətta Şeyx Şamil 1870-ci ildə həcc ziyarəti səbəbilə çıxdığı səyahət əsnasında öncə İstanbula gələrək ailsiylə birlikdə Mehtab xanımı ziyarət etmişdir.Açba, Harun. Kadın efendiler: 1839-1924 . — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1 Dul qaldıqdan sonra Fəriyə sarayındaAçba, Harun. Kadın efendiler: 1839-1924 . — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1, 1880-ci ildən sonra isə Ulduz sarayında yaşamağa başladı və oğlunun ölümündən 4 il sonra 1888-ci ildə burada vəfat etdi. Cənazəsi Yəhya Əfəndi türbəsinə dəfn edildi.

Övladları

Sabiha Sultan (d. 15 aprel 1848 - ö. 27 aprel 1849) Əhməd Nurəddin Əfəndi

Mənbə

http://freepages.genealogy.rootsweb.com/~royalty/turkey/persons.html Christopher Buyers. "The Royal Ark – Royal and Ruling Houses of Africa, Asia, Oceania and the Americas" https://books.google.com/books?qGAtAQAAIAAJ

İstinadlar Kateqoriya:Osmanlı sultanlarının xanımları